Sloveniyanın Qrahovo bölgəsindəki Krizna mağarasında qapalı qalan 5 nəfər Mağara Xilasetmə Xidməti qrupları tərəfindən xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Bildirilib ki, Krizna mağarasında qapalı qalan şəxslər üçün başladılan xilasetmə əməliyyatı uğurla başa çatıb.
Əməliyyatdan sonra bütün xilasetmə qrupları və xilas edilən şəxslər mağaradan çıxarılıb.
Ölkə rəsmiləri xilasetmə qruplarını uğurlu əməliyyatla əlaqədar təbrik ediblər.
Aysu Demokrat.az


