Sosial

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da — FOTOLAR

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da — FOTOLAR

Oğuz rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 7 müraciət ünvanlanıb.

Demokrat.azxəbər verir ki, mikrofon önünə çıxan sakinlərdən 3-ü fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Fərdi yaşayış evlərindən başqa Gənclik massivi ilə rayonun Mollalı kəndinin də mavi yanacaqla təmin edilməsini istəyənlər olub. Qalan 2 müraciətdə isə küçə qaz xəttinin çəkilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Zaqatala RQİİ-nin rəhbər şəxsləri bildiriblər ki, ünvanlanan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək.

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da — FOTOLAR

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da — FOTOLAR

Gənclik massivinin sakinləri “Açıq mikrofon”da — FOTOLAR

D
demokrat.az