“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 uşaq təxliyə edilib”.
Demokrat.azQafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar təxliyə olunan uşaqların vəziyyətləri ilə bağlı Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bildirib.
A. İsrafilovun sözlərinə görə, onların vəziyyəti stabildir.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.


