Azərbaycan qonşu ölkələrindən biri İranla münasibətləri sabit etmək istədiyi halda İran bu “sülh”ə gəlmək istəmir. Münasibətlərin yaxşılaşdığı deyilsə də İran KİV-lərinin addımları deyilənləri təsdiqləmir.
Mövzu ilə bağlı Elman Cəfərli Adalet.az-a açıqlama verib. Jurnalistin sözlərinə görə, Rəsmi Tehranla münasibətlər yumşalsa da, İran KİV-lərinin, özəlliklə SEPAH tv və telegram kanallarının Azərbaycana düşmənçiliyi davam edir:
“Azərbaycandakı ən kiçik sosial problemi belə böyüdüb filə çevirir, yerli irançı cameədə dövlətə qarşı nifrət yaradırlar. Çox təəssüf ki, bizim onlara cavab verməli olan TV-lərimiz işini yarıtmır. Bir dəfə demişəm, təkrarda fayda var. İranla ideoloji savaşı it boğuşduran nadanların əlindən almaq lazımdır. Nadirin, Əlirzanın yolaverdi prinsipi ilə işləyən TV-də eyni məzmunlu 3-4 veriliş var, hamısında da hər şeydən danışırlar, güneydən başqa. Çin-Hindistan, İsrail-Həmas gərginlikləri ölkənin bütün telekanalarında müzakirə olunur də.”


