Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Sərdar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 4-də, saat 23 radələrində Sabunçu rayonu, Q.Vəzirov küçəsi, nömrəsiz fərdi yaşayış evində baş verib. Sərdar yaşadığı evin qonaq otağında nikahdan kənar həyat yoldaşı Xumar ilə ailə-məişət zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə ilə arvadının üz və burun nahiyyələrindən vuraraq onu yerə yıxıb. Sonra boynundan tutaraq sıxıb, üz nahiyəsindən yumruqla vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Xumar ilə ər-arvad münasibətlərində olmalarına baxmayaraq aralarında rəsmi nikahları yoxdur: “İlk vaxtlar münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda müxtəlif səbəblərə görə mübahisələr yaranıb. Oktyabrın 4-də, saat 23 radələrində yaşadığımız evinin qonaq otağında olduğumuz zaman aramızda mübahisə yarandı. Spirtli içkinin təsiri altında olduğum üçün mübahisə zamanı əlim ilə Xumarın üz və burun nahiyəsinə zərbə vurdum. Xumar zərbənin təsirindən müvazinətini itirərək yerə yıxıldı”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərdarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


