İqtisadiyyat

Zakir Nuriyev: Qazilərin kredit borcları silinə bilər

Zakir Nuriyev: Qazilərin kredit borcları silinə bilər

"Son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib”.

Demokrat.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O bildirib ki, qazilərin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. (Apa)

D
demokrat.az