Gündəm Özəl

"Əksər ali təhsil ocaqlarının Bakıda yerləşməsi onların inkişafına mane olur” — AÇIQLAMA

Əksər ali təhsil ocaqlarının Bakıda yerləşməsi onların inkişafına mane olur” — AÇIQLAMA

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında universitetlərin köçürülməsi məsələsi də əksini tapıb. Belə ki paytaxtda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır. Bu strateji layihə böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə Bakıda akademik mərkəz yaratmağı nəzərdə tutur.

Təhsil eksperti İlqar Oruvovun fikrincə, Bakı şəhərinin yeni Baş planına əsasən universitetlərin köçürülməsinin nəzərdə tutulması müsbət haldır.

O, Demokrat.az-a açıqlamasında deyib ki, paytaxtın mərkəzində yerləşən universitetlər üçün kampusların yaradılmasında problemlər var:

Əksər ali təhsil ocaqlarının Bakıda yerləşməsi onların inkişafına mane olur” — AÇIQLAMA

“Universitetlər özü bir şəhərcikdir. Burada tələbə yataqxanaları olmalı, universitetin ətraf ərazisi geniş olmalıdır. Vaxt keçdikcə paytaxtda sıxlığın artması və planlamanın düzgün aparılmaması bizi ciddi problemlərlə üz-üzə qoyub. Hər şəhərdə universitetlərin olması bütövlükdə həmin şəhərin mədəni mühitini formalaşdırır, intellektual səviyyəsini yüksəldir. Digər tərəfdən, universitetlər həm də digər şəhər və rayonlardan gələn tələbələrin sosiallaşması üçün mühit yaradır. Universitetlər şəhərlərin inkişafında da mühüm rol oyanır. Bu baxımdan ölkənin digər şəhərlərində də universitetlərin olması əhəmiyyətlidir. Bununla cəmiyyətimizdə ümumilikdə yüksək intellektual səviyyə və davranış mədəniyyəti formalaşdıra bilərik. Əksər ali təhsil ocaqlarının Bakıda yerləşməsi və şəhərdə sıxlığın artması onların inkişafına da mane olur. Universitetlər genişlənə bilmir, onlar üçün əlavə tikinti zonaları yoxdur, müasir infrastrukturların yaradılması ləngiyir. Elə universitet var ki, həyətyanı sahəsi belə çox kiçikdir. Univetsitetlərin çoxunun mərkəzdə yerləşməsi tıxac probleminin səbəblərindən biridir. Şəhərin Baş planına uyğun olaraq sistemli şəkildə bu problemlərin həllinə başlanılsa, qeyd edilən bütün sahələrdə yeniliklərin şahidi olarıq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova