Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 161-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə “NHK” agentliyi məlumat yayıb.
Məlumata görə, İşikava əyalətinin rəsmiləri yanvarın ilk həftəsində baş verən zəlzələlərlə bağlı açıqlama verib.
Səlahiyyətlilər zəlzələlərdə həyatını itirənlərin sayının 161-ə yüksəldiyini, 103 nəfərin isə itkin düşdüyünü bildirib.
Digər tərəfdən, səlahiyyətlilər sözügedən bölgələrdə güclü qar yağması ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Aysu Demokrat.az


