Hadisə Özəl

Maşın aşdı, 3 nəfər yaralandı

Maşın aşdı, 3 nəfər yaralandı

Türkiyədə baş verən avtomobil qəzasında 3 polis yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İzmir vilayətində baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarına aşıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Qəzada 1-i ağır olmaqla, 3 polis işçisinin yaralandığı öyrənilib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova