Sosial Özəl

Körpələrin yuxu rejimi necə olmalıdır?

Körpələrin yuxu rejimi necə olmalıdır?

Sağlam həyat üçün yuxu vərdişlərinə yiyələnmək vacibdir. Uşaqların sağlam yuxu rejimini təmin etmək üçün valideynlərin diqqət etməli olduğu məqamlar var.

Demokrat.az bildirir ki, bununla bağlı Avstraliyada bir sıra tədqiqatlar aparılıb.

Araşdırmalar nəticəsində, gündüzlər yatmağın azyaşlı uşaqlarda öyrənmə prosesinə müsbət təsir etdiyi məlum olub.

Belə ki, 32 məktəbəqədər uşaq üzərində aparılan araşdırmanın nəticələrinə görə, gündüz yatan uşaqlar digərlərinə nisbətən daha yaxşı hərf-səs öyrənmə performansı göstəriblər.

Bu araşdırma, gündüzlər yatmağın uşaqlara hərf və səsləri öyrənməyə faydalı ola biləcəyinə dair ilk sübutları ortaya çıxarıb.

Ümumilikdə, yuxu rejimi uşaqlara necə kömək edir?

Yaxşı yuxu vərdişlərinə sahib olmaq yetkinlik dövründə sağlam həyat üçün çox vacibdir.

İnkişaf dövründə baş verən yuxusuzluq bir sıra problemlər yaradır, həm uşağın, həm də ailənin həyat keyfiyyətini aşağı salır.

Uşağın beyni və bədəninin inkişafı üçün əhəmiyyətli olan böyümə hormonu yuxu zamanı ifraz olunur.

Yuxu müddətləri dövrlərə görə dəyişir. Yeni doğulan dövrdə yuxu müddətləri 12-18 saat arasında dəyişir. Vaxtından əvvəl doğulan körpələr isə daha uzun müddət yata bilər.

Körpələr üçün gecə ilə gündüz arasında heç bir fərq yoxdur. Körpəlik dövründə (3 ay-1 il) gecə yuxusunun müddəti daha da artmağa başlayır. Gecə 10-14 saat yatan körpələr gün ərzində 2 və ya 3 saata bölünərək təxminən 3-4 saat yatır. 6 aylıq körpələr isə adətən gün ərzində iki dəfə yatır, gecələr yuxu müddəti artmağa başlayır.

Qeyd edək ki, bütün körpələr gecə ərzində qısa müddətə oyanır və bir çoxu özbaşına yuxuya gedir.

Araşdırmalara görə, körpə gecə yuxudan oyandıqda onu yatağında qoyub yuxuya gedənə qədər gözləmək lazımdır. Bu zaman körpə öz başına yuxuya getmək vərdişi qazanır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova