Hadisə Özəl

Fırtına nəticəsində ağac aşdı, yol bağlandı

Fırtına nəticəsində ağac aşdı, yol bağlandı

Türkiyədə fırtına və leysan səbəbindən şəhər mərkəzində ağac yola aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Çanaqqala vilayətində baş verib.

Bölgədə güclənən tufan və leysan səbəbindən şəhərin mərkəzindəki küçələrdən birində ağac aşıb və yol nəqliyyatın hərəkətinə bağlanıb.

Hadisə yerinə Fövqəladə Hallar üzrə xilasetmə qrupları göndərilib.

Qrupların gördüyü işlər nəticəsində aşmış ağac qısa müddətdə yoldan çıxarılıb, yol yenidən nəqliyyatın hərəkəti üçün açılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova