Qlobal iqtisadi artım 2024-cü ildə 2,4% ola bilər.
Demokrat.azxəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin iqtisadi təhlil və siyasət departamentinin direktoru Şantanu Mukerci brifinqdə deyib. Qeyd olunub ki, 2023-cü ildə artım 2,7% olub.
Mukerci həmçinin qeyd edib ki, 2024-cü ildə inflyasiya 2% səviyyəsinə düşməlidir.
Bununla belə, o, əlavə edib ki, dünya iqtisadiyyatı hələ də “təhlükəli zonadan çıxmayıb” və bu, tənəzzülə səbəb ola bilər.


