Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən terror aktına görə başsağlığı verib.
Demokrat.az xəbər verir ki, bu barədə onun “X” sosial media hesabında paylaşım edilib: “İranın Kerman əyalətində törədilən dəhşətli terror aktı bizi dərindən kədərləndirdi. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, - paylaşımda deyilir.


