Dünya

Harvard Universitetinin rəhbəri istefa verməyə məcbur oldu

Harvard Universitetinin rəhbəri istefa verməyə məcbur oldu

HarvardUniversitetininprezidenti, universitetin ilk afroamerikalı nümayəndəsi və bu vəzifəni tutan ikinci qadını Klodin Qey istefa verdiyini açıqlayıb.

O bu qərarın inanılmaz dərəcədə çətin olduğunu bildirib.

“Şura üzvləri ilə məsləhətləşmələrdən sonra məlum oldu ki, mənim istefa verməyim universitetinxeyrinədir”, - deyə o vurğulayıb.

Onu müvəqqəti olaraq, prorektor Alan Qarber əvəzləyəcək.(oxu.az)

NE
Nihadə Eyyubova