Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əlavə məlumat veriləcək.
*** 16:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.


