Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden) paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Məlumatda, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsindəki ilk kəşfi olduğu bildirilib.
Açıqlamada həmçinin aşağıdakılar qeyd edilib:
"Bölgənin beynəlxalq standartlarda mühüm qızıl kəmərinə çevrilməsi ilə bağlı böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar".
Hökumətin əvvəlki açıqlamalarına görə, Səudiyyə Ərəbistanı təxminən 1,3 trilyon dollar dəyərində emal olunmamış minerallara malikdir və xarici investorları cəlb etmək yollarını axtarır.
Aysu Demokrat.az


