Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən 4 nəfər tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyədən Yunanıstana, Yunanıstandan isə Türkiyəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 4 nəfər sərhəd qüvvələri tərəfindən yaxalanıb.
Araşdırmalar nəticəsində ələ keçirilənlərdən 2-nin FETÖ üzvü olduğu müəyyən edilib.
Aysu Demokrat.az


