Türkiyədə mikroavtobusun aşması nəticəsində yaralanan 16 nəfər xəstəxanaya çatdırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Manisa vilayətində baş verib.
Qəza yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılardan 16-sı təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.
Aysu Demokrat.az


