Toxluq hissi vermək üçün vibrasiyalı həb istehsal edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı donuzlar üzərində araşdırma aparılıb.
Araşdırma göstərib ki, vibrasiya mədədə uzanan reseptorları aktivləşdirərək qidanın mövcudluğunu simulyasiya edir.
Həbi udduqdan yarım saat sonra donuzlar yedikləri yeməyin miqdarını orta hesabla 40 faizə qədər azaldıblar.
Ona görə ki, yeməkdən əvvəl udulan bu dərman toxluq hissi verir.
Alimlər bildirirlər ki, bu həb mədədəki gərginlik reseptorlarını aktivləşdirir və bu da orqanizmin sanki orada qida varmış kimi hərəkət etməsinə səbəb olur.
Aysu Demokrat.az


