Sosial Özəl

"Bir qız 24-26 yaşından tez ailə qurmamalıdır, çünki belə olanda..." — AÇIQLAMA

Bir qız 24-26 yaşından tez ailə qurmamalıdır, çünki belə olanda... — AÇIQLAMA

Xəbər verdiyimiz kimi Sabirabadın Məmişli kəndində 12 yaşlı qızı 32 yaşında kişi ilə nişanlayıblar. Ailələrin dediyinə görə nişanlanmaq qərarını 12 yaşındakı uşaq özü verib, ona təzyiq edilməyib.

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, arasında bu qədər yaş fərqi olan cütlüyün qurduğu ailənin uzunömürlülüyü sual altındadır:

“Azərbaycanda erkən nikahların sayı artmağa doğru gedir. Buna səbəb həm valideynlərdir, həm də bəzən qızların özləri. Hər bir qız valideyni övladına təhsil verməlidir. Təhsilsiz yeniyetmənin maraq dairəsi ancaq kimləsə ailə qurub ana olmaq olur. Analıq gözəl hissdir, amma vaxtından tez ana olmaq olmaz. Hətta 18 yaş belə ailə qurmaq üçün tezdir. Bir qız 24-26 yaşından tez ailə qurmamalıdır, çünki belə olanda o, övladına lazımı diqqət və qayğını göstərə bilmir. Ana ilə övlad arasında 18-20 il yaş fərqi olmalıdır ki, anada övladına qarşı sevgi olsun. Rayon yerlərində çox adam çalışır ki, qızını tez ərə versin. Buna səbəb bəzən maddi vəziyyət olur. Baxırıq ki, ata həbsdədir və ya ailəni tərk edib gedib. Qohumlar yığışırlar, ailədəki qız uşağını ərə getməyə məcbur edirlər. Heç bir halda buna haqq qazandırmaq olmaz.

Bir qız 24-26 yaşından tez ailə qurmamalıdır, çünki belə olanda... — AÇIQLAMA

Övladını 18 yaşından tez ailə qurmağa vadar edən hər bir valideyn qanunla cəzalandırılmalıdır. Qohumlar, qonşular bu barədə aidiyyəti orqanlara məlumat verməlidirlər. Bu, övladını nəyinsə müqabilində satmağa bənzəyir. 32 yaşında şəxslə 12 yaşında qız arasında görün nə qədər fərq var, gələcəkdə hansı ailədən söhbət gedə bilər?! Yaş fərqi 5 il ola bilər. Bir psixoloq kimi deyə bilərəm ki, arada çox yaş fərqinin olması, özündən 10-20 yaş böyük və ya kiçik insanla ailə qurmaq doğru deyil. Gələcəkdə qadın xəyanət edəndə səbəbi heç kimə maraqlı olmayacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova