Hadisə

Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı — Saqqız oğurladığı üçün...

Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı — Saqqız oğurladığı üçün...

"Hernmort Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru marketdən saqqız oğurladığı üçün saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən supermarketdə baş verib.

Belə ki, şirkət direktoru marketdən 420 manat dəyərində "Dirol" markalı saqqızı oğurlayıb.

27 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılan şirkət direktorunun törətdiyi hadisəyə görə cinayət işinin başlanması rədd edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı — Saqqız oğurladığı üçün...

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs, 1974-cü ildə Şirvan şəhərində anadan olmuş MMC direktoru inzibati xətanın törədilməsində təqsirli bilinib və Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, ona 200 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilib. O, məhkəmə zalından azad edilib.

İXM-nin 28.3-1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək vəzifəsi qoyulub.

Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı — Saqqız oğurladığı üçün...

Qeyd edək ki, "Hernmort Group" MMC-nin qanuni təmsilçisi Cəfərov Sənan Cəfər oğludur. Sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 722.356,52 manat vergi borcu var.

D
demokrat.az