Hadisə Özəl

Kuril adaları sahillərində 6,5 bal gücündə zəlzələ oldu

Kuril adaları sahillərində 6,5 bal gücündə zəlzələ oldu

Rusiya və Yaponiya yaxınlığındakı Kuril adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumatda, zəlzələnin episentrinin Kuril adalarından təxminən 113 kilometr cənub-şərqdə olduğu bildirilib.

İlkin məlumata görə, yerin təxminən 23,8 kilometr dərinliyində baş verən 6,5 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova