Gündəm

“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik” — Nazir

“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik” — Nazir

“Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik”

Dmeokrat.azxəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, prinsip etibarilə hər hansı həssaslıq yaratmamaq şərti ilə Azərbaycan-Ermənistan XİN nümayəndələri də sərhədə görüşə bilər: "Görüşlə bağlı təklif irəli sürülüb".

C.Bayramov bildirib ki, həssas mövzular müzakirə olunan zaman Ermənistan-Azərbaycan konteksində məsələnin tarixinə baxılır: “Belə olan məqamda burada nəticə əldə etmək çətindir, ancaq prosesə zərbə vurmaq xeyli asandır. Ona görə də bu kontekstdə mənfi ritorika ziyanlıdır. Düşünürəm ki, Ermənistan tərəfi də ən azından sözdə ifadə etdikləri müsbət inkişafa nail olmaq istəyirlərsə, buna nəzarət etməlidirlər. Ritorika ilə yanaşı qeyri-ardıcıllıq da məsələyə böyük ziyan vurur. Biz təəssüf ki, tez-tez mövqenin dəyişməsinin şahidi oluruq. Ancaq bir xətt olmalıdır. Lakin az da olsa, son zamanlar nikbin mesajlar eşidilir, güman edək ki, bu davam edəcək”.

“Ermənistan tərəfindən göndərilən təkliflər və bizim cavanlarımız barədə detalları açıqlamağı ziyanlı hesab edirəm. Ona görə açıqlamaq istəmirəm”, - nazir bildirib.

O söyləyib ki, tərəflər arasında fikir ayrılığı mövcuddur: "Amma ciddi fikir ayrılıqların olan maddələrin sayında azalma var. Bunu Ermənistandan aldığımız son təkliflər paketi də göstərir. Sülhə nə qədər yaxın olduğumuzu demək çətindir. Sülh üçün ciddi siyasi iradə olsa, bu qısa müddətdə əldə oluna bilər. Əks halda isə proses uzana-uzana davam edəcək”.(Report)

D
demokrat.az