Xarici siyasət

"Azərbaycan Qəzzaya 2 milyon dollar yardım edib

Azərbaycan Qəzzaya 2 milyon dollar yardım edib

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsindəiki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb". (Report)

D
demokrat.az