Hadisə Özəl

İsrail hərbiçiləri qaçqın düşərgəsinə hücum etdi

İsrail hərbiçiləri qaçqın düşərgəsinə hücum etdi

İsrail hərbiçiləri işğal altındakı İordan çayının qərb sahilinin Beytlehem şəhərindəki Ed-Dehişe qaçqın düşərgəsinə basqın edərək 3 fələstinlini yaralayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri Beytlehemdəki Ed-Dehişe qaçqın düşərgəsinə basqın edib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin düşərgədə 3 fələstinlini real güllələrlə yaraladığı, yaralanan fələstinlilərin isə xəstəxanaya aparıldığı bildirilib.

Bu səhər İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkerim şəhərindəki Nur əl-Şəms Qaçqınlar Düşərgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda 6 fələstinli şəhid olub.

Qeyd edək ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 311 fələstinli həyatını itirib.

Aysu Demokrat.az

D
demokrat.az