Hadisə Özəl

İki avtomobil toqquşdu — Ölən və yaralanan var

İki avtomobil toqquşdu — Ölən və yaralanan var

Türkiyədə iki avtomobil toqquşub. Baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Osmaniyə bölgəsində baş verib.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.

Hər iki avtomobilin sürücüsünün yaralandığı öyrənilib və yaralılar xəstəxanaya çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq yaralılardan biri dünyasını dəyişib, digərinin isə vəziyyətinin ağır olduğu bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az