Türkiyədə yoldan çıxaraq aşan avtomobildə 1 nəfər ölüb, sürücü isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Amasiya vilayətində baş verib.
Amasiyadan Çoruma gedən avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəzada avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə ağır yaralanıb.
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


