Nigeriyanın müxtəlif kəndlərində silahlı qrupların həyata keçirdiyi hücumlarda ən azı 160 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, Plato ştatının bir neçə kəndində silahlı qruplaşmaların hücumu nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.
Xatırladaq ki, son olaraq 113 nəfərin öldürüldüyü açıqlanmışdı. Nigeriya ordusunun nümayəndəsinin sözlərinə görə, insident şənbədən bazara keçən gecə Platonun Muşu kəndində olub.
Qeyd edək ki, may ayından bəri sözügedən bölgədə icmalar arasında toqquşmalar baş verir.
Bundan əlavə, Nigeriyanın Plato əyalətində müsəlmanlar və xristianlar arasında ara-sıra zorakılıq hadisələri yaşanır.
Aysu Demokrat.az


