Çinin paytaxtı Pekində 1951-ci ildən bəri ən soyuq hava qeydə alınıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Çinin paytaxtı Pekində 72 ildən sonra rekord qırılıb.
Belə ki, Pekin 1951-ci ildən bəri ən soyuq dekabr ayını yaşayır.
Şəhərdə temperatur ilk dəfə sıfırdan aşağı düşüb və 300 saat ərzində sıfırın altında qalıb.
Ölkəyə təsir edən şiddətli soyuq dalğa Çinin şimalındakı şəhərlərdə istilik problemlərinə səbəb olub.
Ölkənin mərkəzi hissəsində yerləşən Henan əyalətində istilik sistemində nasazlıq yaranıb.
Henan əyalətinin Jiaozuo şəhərindəki Wanfang elektrik stansiyasında yaranan nasazlıqdan sonra istilik tamamilə dayanıb.
Ştatın Puyang və Pingdingshan administrasiyaları tərəfindən verilən açıqlamada xəstəxanalar, məktəblər və yaşayış yerləri kimi isitməyə üstünlük verilməli olan ərazilər üçün dövlət və dövlət müəssisələrinin istilik sistemində kəsilmələr olacağı qeyd edilib.
Aysu Demokrat.az


