Sosial

Sahibkarlarla növbəti görüş Beyləqanda keçiriləcək

Sahibkarlarla növbəti görüş Beyləqanda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Demokrat.azxəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq. Aksiya Gənclər Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” dekabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

D
demokrat.az