Hərbi Özəl

İsrail Ordusu Qəzzada daha 2 əsgərinin öldürüldüyünü AÇIQLADI

İsrail Ordusu Qəzzada daha 2 əsgərinin öldürüldüyünü AÇIQLADI

İsrail Ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha 2 əsgərinin həlak olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Ordusundan yazılı açıqlama verilib.

Açıqlamada, Qəzza zolağında baş verən qarşıdurmada 14-cü Zirehli Briqadadan kiçik zabit Nitai Maizels (30) və Nahal Briqadasının 50-ci Batalyonundan Rani Tamirin (20) həlak olduğu bildirilib.

İsrail Ordusunun son məlumatlarına görə, Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan indiyədək 156-sı quru işğalı prosesində olmaqla 489 İsrail əsgəri həlak olub.

Aysu Demokrat.az

D
demokrat.az