Braziliyanın San-Paulu əyalətində qəzaya uğrayan təyyarədə 5 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Monte-Alto şəhərindən havaya qalxan “PT-ZVL” tipli kiçik təyyarə San-Paulu ştatının Jaboticabal şəhərində əkin sahəsinə çırpılıb.
Qəza nəticəsində pilotlar da daxil olmaqla 5 nəfər ölüb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


