Rusiya prezidenti Vladimir Putinlə Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı olub.
Demokrat.az xəbər verir ki, bu barədə “Kreml” məlumat yayıb.
Məlumatda humanitar yardım səyləri ilə yanaşı, Qəzza zolağında münaqişənin sona çatması üçün görüləcək işlərin müzakirə edildiyi qeyd edilib.
Həmçinin, iki liderin Abbasın təyin olunacaq tarixdə Moskvaya səfər edəcəyi barədə razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, Rusiya Qəzza zolağına tibbi avadanlıq və dərman kimi əsas ehtiyacları təmin etməyə davam edəcək.
Aysu Demokrat.a


