İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 20 min 57-yə yüksəlib.
Demokrat.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, İsrailin son 48 saatda təşkil etdiyi hücumlarda 390 fələstinlinin öldüyü, 734 nəfərin yaralandığı qeyd edilib.
Bununla da, oktyabrın 7-dən bəri İsrailin sıx hücumuna məruz qalan Qəzza zolağında həlak olan fələstinlilərin sayı 20 min 57 nəfərə çatıb.
Yaralananların sayının isə 53 min 320-yə yüksəldiyi bildirilib.
Aysu Demokrat.az


