Abşeron rayonunda 1985-ci il Pənah ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 7-də baş verib. Pənah həmin gün, gecə saat 4 radələrində yaşadığı ünvanında arvadı Mətanətin ona başqa şəxslə mobil telefonla danışmasına görə irad bildirməsi səbəbindən, yəni aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə edərək onun sifət, baş, bədən nahiyələrindən yumruqla, ayaq, bel, bədən nahiyələrindən təpiklə qəsdən zərbələr vurub.
Daha sonra arvadının saçını yolub, həmin vaxt onun aralanaraq eyni ünvanda həyətdəki qonşu evdə yaşayan anasının evinə qaçdığını görüb. Orada da arvadının üzərinə hücum edərək başından yumruqla zərbələr vurub.
Hadisəni törədən Pənahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mətanət ilə 2013-cü ildə ailə həyatı qurub və birgə nikahlarından iki övladları var: “Əvvələr münasibətlərimiz normal olsa da, son bir aydır ki, Mətanətlə münasibətləri normal deyil. Hadisə günü, saat 4 radələrində yaşadığım evin həyətində işimlə bağlı vacib zəng gəldi. İş yoldaşımla mobil telefonla danışmağa başladım. Bu zaman Mətanət yaxınlaşaraq gecə vaxt kiminlə danışdığımı soruşdu. Mətanətə iş yoldaşımla vacib olan məsələ ilə bağlı danışdığımı bildirdim. Lakin Mətanət mənə inanamadı. Mənim qadınla danışdığımı və ona xəyanət etdiyimi fikirləşdi, mobil telefonu məndən istədi. Telefonu Mətanətə vermədim və yüksəsk səslə həyətdə qışqırmağa başladı. Bu zaman anam səsə öz yatdığı evdən çölə çıxaraq nə baş verdiyini soruşdi, bizi evə çağırdı. Mətanət ilə birikdə anamın evinə getdik. Mətanət yenədə anamın yanında mobil telefonu istədi. Telefonu Mətanətə vermədiyim üçün əl ataraq telefonu almaq istədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əsbləşərək əlinin içi ilə Mətanətin sol çiyin nahiyəsindən bir dəfə zərbə vurub: “Mətanət zərbənin təsirindən anamın qonaq otağında olan açılan oturacaq kreslonun üstünə yıxıldı. Həmin vaxt Mətanətin çiyini kreslonun taxta hissəinə dəydi. Bu zaman anam və qardaşım bizi aralaşdırdı. Məni çölə çıxartmaq istəyərkən əsəbləşərək Mətanətə təpik atdım. Həddindən artıq əsəbi olduğum üçün təpiyin ona dəyib-dəymədiyini xatırlamıram”.
Təqsirləndirilən şəxs bildirib ki, səhər saatlarında yuxudan oyanıb: “Bildim ki, Mətanət təcili tibbi yardıma zəng edib və yaşadığımız ünvana dəvət etdikdən sonra Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gedib”. İş üzrə zərərçəkmiş Mətanətin sözlərinə görə, Pənahla son vaxtlar münasibətləri pozulub: “Pənah spirtli içki aludəçisidir. Dəflərlə spirtli içkinin təsiri altında mənimlə münaqişə yaradıb. Hadisə günü saat 4 radələrində evdə olarkən Pənahın evin həyətində kiminləsə telefonla danışdığını eşitdim və həyətə çıxdım. Pənahdan sakit tərzdə gecə vaxtı kiminlə danışdığını soruşdum. Pənah isə “sənə heç bir aidiyyəti yoxdur” deyə cavab verdi. Məni nalayiq söyüşlərlə təhqir etdi. Yumruqla sol qol nahiyəmdən, təpiklə ayaq nahiyəmdən, bel nahiyəmdən zərbələr vurdu. Mən yerə yıxıldım. Sonra isə təpiklə baş nahiyəmdən bir neçə dəfə zərbələr vurdu, saçımı yoldu. Pənahın əlindən çıxaraq eyni həyətdə yanaşı evdə yaşayan qayınanamın yaşadığı evə qaçdım. Qaynım və qayınanm məni Pənahın əlindən almaq istəsələrdə, Pənah yenidən mənim saçımı yoldu və başıma yumruqla zərbələr vurdu”.
Zərərçəkmiş qeyd edib ki, bir müddət huşunu itirib: “Bir qədər sonra özümə gəldim və öz yaşadığım evə keçdim. Saat 6 radələrində bədənimdə ağrıları olduğundan təcli tibi yardıma zəng etdim. Təcili tibbi yardım avtomobili məni Abşeron rayon Mərkəzi xəstəxanasına apardı”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pənahın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


