Hadisə Özəl

Elektrikli yorğan yanğına səbəb oldu

Elektrikli yorğan yanğına səbəb oldu

Türkiyədə elektrikli yorğandan istifadə yanğına səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Samsun vilayətində yerləşən 2 mərtəbəli binada baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Yanğın nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib.

Qeyd edək ki, yanğından sonra binaya ciddi ziyan dəyib, bina yararsız vəziyyətə düşüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova