Türkiyədə binanın 3-cü mərtəbəsində partlayış baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Qars vilayətində baş verib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Qruplar binadakıların təxliyəsi və yanğının söndürülməsi üçün işə başlayıb.
Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilməyib.
Aysu Demokrat.az


