Sosial Özəl

Məktəblərdə inklüziv təhsil əlçatandırmı? — AÇIQLAMA

Məktəblərdə inklüziv təhsil əlçatandırmı? — AÇIQLAMA

2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib. BŞTİ-nin yaydığı məlumata görə inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiya olunmasına xidmət edir.

Təhsil eksperti, pedaqoq Nabatəli Qulamoğlu inklüziv təhsillə bağlı yaradılan şərait barədə Demokrat.az-a danışıb. Onun sözlərinə görə bu sahədə kadr çatışmazlığı əsas problemlərdəndir:

Məktəblərdə inklüziv təhsil əlçatandırmı? — AÇIQLAMA

“Təhsil müəssisələrinin heç də hamısında sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün lazımı şərait yoxdur. Orta ümumtəhsil məktəblərində fiziki qüsurlu uşaqların təhsil alması üçün uyğun imkan və şərait yaradılmalıdır. Hərəkət sərbəstliyi təmin edilməli, gündəlik zəruri ehtiyacların qarşılanması üçün rahat mühit, məktəb infrastrukturunun belə uşaqlar üçün əlçatanlığı təmin olunmalıdır. Bundan başqa inklüziv təhsil təcrübəsi olan müəllimlər hazırlanmalı, belə uşaqlara uyğun tədris və təlim vəsaitləri tərtib olunmalıdır. Eyni zamanda digər şagirdlərlə söhbətlər aparılmalı, onlara sağlamlıq imkanları məhdud yaşıdları ilə necə davranmalı olduqları izah edilməli, empatiya hissi yaradılmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova