Cənubi Koreyada vətəndaşlıq hüququ olanlar da daxil olmaqla, miqrantların sayı ötən illə müqayisədə 10 faiz artaraq 1 milyon 480 min nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Məlumata görə, Cənubi Koreya Statistika Agentliyi 2022-ci ildə 1,35 milyon olaraq qeyd edilən 15 və daha yuxarı yaşda olan miqrantların sayının 2023-cü ilin may ayı etibarilə 10 faiz artaraq 1,48 milyona çatdığını açıqlayıb.
Hesabatda immiqrantların təxminən 51 mininin sonradan Cənubi Koreya vətəndaşı olduğu, 1,43 milyon əcnəbi immiqrantdan 472 mininin Cənubi Koreya əsilli Çin vətəndaşı, 201 min nəfərinin isə Vyetnam vətəndaşı olduğu qeyd edilib.
Hesabatda əcnəbilərin yüzdə 64,5-nin işlə təmin olunduğu, əcnəbilərin təxminən yüzdə 33-nün ayda 1500-2300 dollar, yüzdə 24.4-nün isə 2300 dollardan yuxarı gəlir əldə etdiyi bildirilir.
Həmçinin gəliri olan əcnəbi vətəndaşların yüzdə 37,5-inin xaricə nağd pul göndərdiyi bildirilib.
Aysu Demokrat.az


