Bu gün Azərbaycanda ilk dəfə "Mədəni İrs" Forumu keçirilir.
Demokrat.azxəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak edir.
3 gün davam edəcək forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacağı gözlənilir.
Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.


