İranda silahlı şəxslər polis bölməsinə hücum edərək 12 nəfəri öldürüb, digərlərini isə yaralayıb.
Demokrat.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, Sistan-Bəlucistan vilayətinin səlahiyyətliləri gecə saatlarında həyata keçirilən hücumla bağlı açıqlama verib.
“Raskda polis bölməsinə törədilən terror aktı nəticəsində 12 nəfər şəhid olub”, - deyə məlumatda bildirilib.
Polislə silahlı basqınçılar arasında baş verən qarşıdurmada çoxlu hücumçunun öldürüldüyü də qeyd edilib.
Yerli mətbuatda əksini tapan xəbərlərdə, hücumu ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində mövcud olan “Ceyşul Adl” adlı təşkilatın üzərinə götürdüyü və “hücumçuların hüquqlarını müdafiə etdiyini” iddia edilib.
Aysu Demokrat.az


