Hadisə Özəl

Mikroavtobus və minik avtomobili toqquşdu: 20 yaralı

Mikroavtobus və minik avtomobili toqquşdu: 20 yaralı

Türkiyədə sərnişin mikroavtobusu ilə minik avtomobili toqquşub.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Qəza nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, qəzanın təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova