Kriminal Özəl

Sumqayıtda 29 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda 29 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Kamal həyat yoldaşı Günelə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 00.30-da yaşadığı evdə həyat yoldaşı Günel ilə aralarında baş vermiş mübahisə zamanı onun boğazından tutaraq sıxıb və ona xəsarətlər yetirib.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Kamalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova