Şou-biznes

Gülüstan Əliyeva keçirdiyi qəzadan danışdı

Gülüstan Əliyeva keçirdiyi qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib.

G.Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır:

“Bir az stresliyəm, amma Allaha şükür ki, hər şey yaxşıdır. Narahat olmayın. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Qeyd: Bakı-Sumqayıt şossesində hərəkətdə olan sənətçinin avtomobili qarşıda sürətini azaltmış maşınla toqquşub. Nəticədə isə zəncirvari qəza baş verib.

Əməkdar artistin avtomobili tamamilə sıradan çıxıb.

D
demokrat.az