Daxili siyasət

YAP sabah prezidentliyə namizəd irəli sürəcək

YAP sabah prezidentliyə namizəd irəli sürəcək

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Demokrat.azxəbər verir ki, İdarə Heyətinin genişləndirilmiş iclası sabah, dekabrın 15-də saat 10:00-da başlayacaq.

Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

D
demokrat.az