Aİ Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Aİ Şurasından yazılı açıqlama verilib.
Açıqlamada, İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya verdiyi PUA-ların hazırlanması və istehsalı ilə məşğul olan 6 şəxs və 5 təşkilata sanksiya tətbiq ediləcəyi açıqlanıb.
Aİ-nin sanksiyalarına aktivlərin dondurulması, səyahətlərin qadağan edilməsi və maliyyə resurslarının köçürülməsi daxildir.
Aİ bir ildən artıqdır ki, İranın bu sanksiyaları tətbiq etmək üçün Rusiyaya PUA-lar verdiyinə dair kifayət qədər sübut toplamaq üçün hazırlaşırdı.
Aysu Demokrat.az


