Maraqlı Özəl

2023-cü ildə insanlar “Google”da ən çox nələri axtarıb?

2023-cü ildə insanlar “Google”da ən çox nələri axtarıb?

“Google” internet axtarış sisteminin qlobal məlumatlarına görə, 2023-cü ilin ən çox axtarılanlar siyahısı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, “Google”un kateqoriyalara bölərək açıqladığı 2023-cü ilin ən çox axtarılan siyahısı qlobal maraqları və tendensiyaları ortaya qoyub.

1 yanvar - 27 noyabr 2023-cü il tarixləri arasında axtarışlarda ən çox axtarılan kateqoriya tərcümə olub.

Daha sonra isə incəsənət, əyləncə, mətn, təhsil və alış-veriş kateqoriyaları diqqət çəkib.

Siyahının xəbər kateqoriyasında ən çox axtarılan isə “İsrail-Həmas müharibəsi” olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova