Hadisə Özəl

Fəhlələr binadan yıxılıb öldülər

Fəhlələr binadan yıxılıb öldülər

Türkiyədə 2 işçi binanın 30-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Tikintidə çalışan digər işçilərin xəbəri üzərinə hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis qrupları göndərilib.

Sağlamlıq qrupları işçilərin hadisə yerində həyatını itirdiyini təyin edib.

Hadisə ilə əlaqədar polis qruplarının başlatdığı araşdırma davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova