Sosial

Azərbaycanda qoyunların sayı sürətlə azalır — STATİSTİKA

Azərbaycanda qoyunların sayı sürətlə azalır — STATİSTİKA

Bu ilin iyul ayına olan məlumata görə Azərbaycanda 8 milyon 542,7 min baş qoyun və keçi olub.

Demokrat.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 1,2% və ya 106,3 min baş azalıb. Belə ki, 2018-cü ilin iyul ayında ölkədə 8 milyon 649 min baş qoyun və keçi olub.

Son 3 ilin iyul aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:

- 2017-ci il iyul ayında - 8 milyon 767,1 min baş

- 2018-ci il iyul ayında - 8 milyon 649 min baş

- 2019-cu il iyul ayında - 8 milyon 542,7 min baş (Yeniavaz.com)

D
demokrat.az