İnfrastruktur

Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən Demokrat.az-a verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

D
demokrat.az